Rəşid Cabbarov Vəkil oğlu 16 may 1970-ci ildə Zəngilan rayonunun Rəzdərə kəndində anadan olmuşdur.
1987: Rəzdərə kənd orta məktəbini bitirmişdir.
1988-1990: Hərbi xidmətdə olmuşdur.
1997: Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya Fakültəsinin Psixologiya ixtisasını bitirmişdir.
1999: Bakı Dövlət Universitetinin Psixologiya ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.
1999: Bakı Dövlət Universitetində əvvəlcə saathesabı, sonra isə "Eksperimental Psixologiya" ETL-də elmi işçi vəzifəsində çalışmışdır.
2004: Psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2006-2016: Bakı Dövlət Universitetinin "Eksperimental Psixologiya" ETL-də böyük elmi işçi vəzifəsində çalışmışdır.
2013: Dosent elmi adına layiq görülmüş və AAK tərəfindən təsdiq edilmişdir.
2016: Bakı Dövlət Universitetinin "Sosial və Pedagoji Psixologiya" kafedrasında dosent vəzifəsində çalışmağa başlamışdır.
2006-2018: Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Psixologiya Elmləri üzrə FD.02.014 Dissertasiya Şurasının elmi katibi və üzvü olmuşdur. Hazırda həmin şuranın Pedagoji Psixologiya ixtisası üzrə Elmi Seminarının sədridir.
2019: Bakı Dövlət Universitetinin "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. Eyni il Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə psixologiya elmləri doktoru elmi dərəcəsi almışdır.
2020: Odlar Yurdu Universitetinin "Psixologiya, Pedagoji və Sosial Fənlər" kafedrasının müdiri və 2021-ci ildən professorudur.
5 monoqrafiyanın, 4 dərsliyin, 2 dərs vəsaitinin, 150-ə yaxın məqalənin müəllifidir. O cümlədən 60 məqaləsi beynəlxalq və beynəlxalq sitat bazalarına daxil olan elmi nəşrlərdə çap olunmuşdur. Müəllifin əsərlərinə 86 istinad var. Web of Science platformasında H4 indeksinə malikdir.
Beynəlxalq reytinqli bir sıra jurnalların redaksiya heyətinə qəbul edilmişdir:
1. Dilemas Contemporáneos: Educación, Política y Valores
2. Gênero e Direito Centro de Ciências Jurídicas
3. Journal of Interdisciplinary Debates
Bu jurnallar müasir təhsilin problemlərinin araşdırılması ilə məşğuldurlar.
Hazırda Odlar Yurdu Universitetinin nəzdində yaradılmış Psixoloji Diaqnostika İnstitutunun direktorudur. Müxtəlif layihələrin, o cümlədən 10-dan çox beynəlxalq layihənin müəllifi və iştirakçısıdır. Ailəlidir, iki övladı var.