Dosent Sevinc Məmmədzadə

Dosent Sevinc Məmmədzadə

Elmi Şuranın katibi

Sevinc Səlim qızı Məmmədzadə 1982-ci il noyabrın 16-da Bakı şəhərində doğulmuşdur. O, 1999-cu ildə Bakı şəhəri 263 saylı orta məktəbi bitirmişdir. 2003-cü ildə Azərbaycan Dillər Universitetinin Tərcümə ixtisasını bakalavr dərəcəsi ilə, 2005-ci ildə isə həmin universitetin Tərcümə ixtisasını magistr dərəcəsi ilə başa vurmuşdur. 2007-ci ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunu xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası ilə bitirmişdir.

2014-cü ildə Odlar Yurdu Universitetinin doktoranturasına “Dil nəzəriyyəsi” ixtisası üzrə daxil olmuş və 2022-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2023-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilmişdir.

Sevinc Məmmədzadə 30-dan çox elmi əsərin, tədris və metodiki işlərin müəllifidir. Elmi məqalələri yalnız ölkəmizdə deyil, həm də Rusiya, Amerika Birləşmiş Ştatları, Kanada, İtaliya və İspaniya kimi ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunmuşdur.

Elmi Katib kimi onun əsas vəzifələri arasında Elmi Şuranın iş planının hazırlanması, iclasların keçirilməsi, müzakirə olunacaq məsələlərə dair zəruri materialların əvvəlcədən üzvlərə təqdim edilməsi, iclasların protokollarının tərtib edilməsi və zəruri sənədlərin saxlanılması yer alır. O, həmçinin, elmi adların verilməsi ilə bağlı Ali Attestasiya Komissiyası ilə əlaqə saxlayır və xarici ölkələrdən gələn elmi işlərə rəylərin hazırlanmasını təşkil edir. Tədris ilinin sonunda Elmi Şuranın işinə dair hesabat hazırlayıb Şuranın sədrinə təqdim edir.