Professor Fəxrəddin Məmmədov

Professor Fəxrəddin Məmmədov

Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektor

Professor Fəxrəddin Məmmədov 1970-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məlumat ölçü texnikası ixtisası üzrə məzun olmuşdur.

1986-1987-ci illər arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dosent olaraq işləmiş, neft və qaz sənayesi üçün xalq təsərrüfatı üçün önəmli lahiyələrdə rəhbərlik etmişdir.

1987-1988-ci illərdə də Ukraynanın Kiyev Dövlət Universiteti və daha sonra, Fransanın Paul Valeri Universitetində (Montpellier) intensiv Fransız dili kursunu bitirmişdir.

1988-1994-cü illər arasında Əlcəzair universitetlərində dərs tədris etmiş, Signal və Sistemlər Elmi-tədqiqat Laboratoriyasını qurmuş və rəhbərlik etmişdir.

1990-1993-cü illərdə Qərbi Əlcəzairdə işləyən Sovet Mütəxəssisləri Birliyinin sədri vəzifəsinə gətirilmişdir.

Fəxrəddin Məmmədov 1995-ci ildən bəri, Şimali Kipr Türk Respublikasının ən böyük və bir çox ixtisaslar üzrə Times Higher Education Universitetlər reytinqində dünya universitetləri arasında 200-250-ci sıralarda yer alan Yaxın Doğu Universitetində (YDU) işləmiş və 25 ildən çox həyatını bu universitetə bağlamışdır.

1997-2000-ci illər arasında YDU-da Elektrik ve Elektronik Mühəndisliyi kafedrasının müdiri olmuşdur.

2000-ci il yanvar ayından Fəxrəddin Məmmədov Yaxın Doğu Universitetinin prorektor vəzifəsinə təyin edilmiş və bu vəzifəni 2020-ci ilə qədər icra etmişdir.

Fəxrəddin Məmmədov prorektor vəzifəsində akademik işlər, beynəlxalq əlaqələr və keyfiyyətin təminatı sahələrinə rəhbərlik etmişdir. Eyni zamanda, 2000-2014-cü illərdə Mühəndislik Fakültəsinin dekanı, 2003-2015-ci illər arasında YDU-da akademik yüksəliş ve akademik təyinat komissiyasının sədri, 2003-2015-ci illərdə, fənn və sosial elmlər institutunun müdiri olmuşdur.

Beynəlxaq səviyyədə 100-dən çox məqaləsi çap olunmuş ve 5 patenti vardır. Siqnalların rəqəmsal işlənməsi, rəqəmsal rabitə sistemləri, qeyri-səlis məntiq və süni-intellekt sahələrində 70-dən çox məqaləsi “Scopus” və “Web of Science” data bazaları ilə indekslənmişdir. ICAFS, ICSCCW və ICTPE kimi Beynəlxalq konfransların sədr müavini və proqram komitəsinin üzvüdür. Bir çox elmi sitatı index (SCI) jurnallarının redaktoru və rəyçisidir.

Bir çox akademik mükafat sahibidir və bir çox beynəlxalq elmi təşkilatların da üzvüdür.

Türk dilli ölkələrdən Kiprə təhsil üçün gələn gənclərə köməyinə görə, Türksoy və Gagauziya respublikasının qızıl medalları ilə təltif edilmişdir. Kiprlə Azərbaycan arasında elm, təhsil, mədəniyət və biznes sahələrində əlaqələrin qurulması və inkişafında və Kiprdə Azərbaycan Diasporasının (2002-2017) formalaşmasında böyük xidmətləri olmuş və diaspora təşkilatına sədrlik etmişdir.

İngilis, fransız, türk və rus dillərini yüksək səviyyədə bilir.

Ailəlidir, 3 övladı var.