Tədris və metodik işlər departamenti

Tədris və metodiki işlər departamenti Odlar Yurdu Universitetinin struktur bölməsi olmaqla tədris prosesinin koordinasiyasını, planlaşdırılmasını, təşkilini və nəzarətini həyata keçirir. Departamentə İdrak Umbay oğlu Rəhimov rəhbərlik edir. Gülnar Sahib qızı Mirzəyeva aparıcı mütəxəssis, Sevda Nadir qızı Cahangirli isə departamentin proqramçısıdır.

Departamentin fəaliyyətinin əsas istiqamətləti aşağıdakılardır:

  • Hər tədris ilinin əvvəlində Dövlət İmtahan Mərkəzindən (DİM) alınmış əmrlər əsasında Odlar Yurdu Universitetində bakalavriat və magistratura səviyyələrinin I kursuna qəbul olunmuş tələbələrin əmrlərinin hazırlanması və onların şəxsi işlərinin  qəbulu, onlara aid əmrlərin işlənib şəxsi işlərinə daxil edilməsi.
  • Tədris ili üçün dərs yükünün planlaşdırılması, bölgüsü və yerinə yetirilməsinə nəzarət.
  • Tədris prosesi və tələbələrə təqaüd verilməsi ilə bağlı əmrlərin hazırlanması.
  • Tələbələr sırasından xaric olunma, bərpa, köçürülmə, ixtisas dəyişmə, təkrar kursda saxlanılma, akademik məzuniyyət verilməsi və məzuniyyətdən qayıtmaqla bağlı sənədlərin hazırlanması və əmrləşdirilməsi.
  • Tədris planları, tədris qrafikləri və akademik təqvimin hazırlanması.
  • Tədris, istehsalat, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrin təşkili, onların keçirilməsi üçün müəssisələrlə müqavilələrin bağlanması, təcrübə əmrlərinin hazırlanması.
  • İmtahan sessiyalarının keçirilməsi və akademik borcların ləğvinin təşkili.
  • Bakalavr və MBA proqramı üzrə Yekun Dövlət Attestasiyası və magistrlik dissertasiyalarının müdafiəsi ilə bağlı təşkilati işlərin görülməsi.
  • Odlar Yurdu Universitetini bitirən məzunlar haqqında hesabatın hazırlanması, ali təhsil haqqında diplom və diploma əlavələrin, akademik transkriptlərin alınması və doldurulması.
  • Dublikat diplomların verilməsi üçün lazımi sənədlərin toplanması və müvafiq komissiyada baxıldıqdan sonra əmrləşdirilməsi.
  • İllik statistik hesabatların hazırlanması.
  • Təkrar ali ixtisas təhsili almaq istəyən şəxslərin lazımi sənədlərin toplanması və müvafiq komissiyada baxıldıqdan sonra əmrləşdirilməsi.
  • Müvafiq komissiyanın protokoluna əsasən əcnəbi vətəndaşların universitetə qəbul əmrlərinin hazırlanması.
  • Dəftərxanadan icra üçün daxil olmuş sənədlərin qeydiyyatının aparılması, icrasına nəzarət və icra olunmuş sənədlərin, əmrlərin yerləşdirilməsi.
  • İdarə, müəssisə və təşkilatlardan daxil olan sorğulara, eləcə də müxtəlif səpkili ərizələrə, məktublara cavab hazırlanması.
  • Universitet üzrə təhsil və tədris məlumatlarının Təhsil nazirliyinin və Dövlət İmtahan Mərkəzinin müvafiq sistemlərinə daxil edilməsi.
  • Təhsil sənədlərinin arxivləşdirilməsi.