Odlar Yurdu Universitetində hər il olduğu kimi, bu il də pedaqoji heyətin biliyinin və professional bacarıqlarının səviyyəsini müəyyən etmək məqsədilə müəllimlərin növbəti tədris ilində tədris edəcəyi fənnin təqdimatları keçirilir.
Müəllimlərin diaqnostik qiymətləndirilməsi, yeniliklərin təhsilə tətbiqi və müasir metodlardan istifadə etməklə tədris prosesini daha effektiv qurmaq məqsədini daşıyır. Bu tədbir, təhsilin müasir tələblərə uyğunlaşdırılmasına kömək etmək üçün nəzərdə tutulub.
Təqdimatlarda universitetin bütün professor-müəllim heyəti, eləcə də digər qonaqlar və ekspertlər iştirak edir. Bildirilib ki, müəllimlərin peşəkar təkmilləşməsi təlimin keyfiyyətinə müsbət təsir göstərəcək. Eyni zamanda, ilin sonunda hər kafedrada attestasiyadan müvəffəqiyyətlə keçmiş müəllim “İlin müəllimi” nominasiyasını qazanacaq.
Müzakirələr və təqdimatlar davam edir. Arzu edənlər tədbirdə iştirak edə bilərlər.