Azərbaycanlı alimlərin həmmüəllifi olduğu monoqrafiya Daşkənddə nəşr olunub

17 Fevral, 2026

Azərbaycanlı alimlərin həmmüəllifi olduğu monoqrafiya Daşkənddə nəşr olunub

Daşkənddə yerləşən Alfraganus Universitetinin Elmi-Texniki Şurasının qərarı ilə azərbaycanlı və xarici alimlərin həmmüəllifi olduğu yeni monoqrafiya nəşr edilib.

QHT.az xəbər verir ki, nəşrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan alimlərinin elmi araşdırmaları yer alıb.

Monoqrafiyanın müəllifləri arasında azərbaycanlı alimlər, Odlar Yurdu Universitetinin əməkdaşları - İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, professor Elşad Məmmədov, İqtisadiyyat və idarəetmə fakültəsinin müəllimi Məmməd Musayev, Amil Vəliyev, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Babək Feyzullayev və digər tədqiqatçılar da yer alır. Elmi əsər bir neçə bölmədən ibarət olmaqla müxtəlif istiqamətlər üzrə aktual məsələlərin təhlilinə həsr olunub.

Nəşrə Alfraganus Universitetinin Elmi-Texniki Şurasının 11 dekabr tarixli qərarı ilə icazə verilib. Monoqrafiya beynəlxalq elmi əməkdaşlığın inkişafına və region ölkələri arasında akademik əlaqələrin möhkəmlənməsinə töhfə kimi qiymətləndirilir.