Samir Vəliyev: Serbiya Azərbaycan qazının idxalını artırmağı nəzərdən keçirir

17 Fevral, 2026

Samir Vəliyev: Serbiya Azərbaycan qazının idxalını artırmağı nəzərdən keçirir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa hava limanında qarşılanması ölkə Prezidentinə göstərilən diqqətin məntiqi nəticəsidir. Azərbaycanın və Serbiyanın liderləri müxtəlif siyasi platformalarda və beynəlxalq təşkilatlarda ərazi bütövlüyü, suverenlik, müstəqillik və sərhədlərin toxunulmazlığı prinsiplərinə daim yüksək səviyyədə riayət edərək bir-birini dəstəkləmişlər.

Bu fikirləri OYU-da İdarəetmə Şurasının sədri, Millət vəkili, hüquq elmləri doktoru, professor Samir Vəliyev bildirib. Onu sözlərinə görə, bu münasibətlərin kökündə hər iki ölkənin iqtisadi maraqları dayanır. Bu baxımdan iqtisadi və enerji təhlükəsizliyi məsələləri əlaqələri müəyyən edən əsas istiqamətlərdən biridir:

"Siyasi təhlilçilər də qeyd edirlər ki, Azərbaycan təhlükəsizlik baxımından xüsusi rol oynayan ölkədir və hazırda Serbiya Azərbaycan mavi qazının idxal həcmini artırmağı nəzərdən keçirir. Bu məsələ dövlət başçıları arasında müzakirə mövzusu olmuşdur. Məlum olduğu kimi, ölkələrimiz arasında ticarət dövriyyəsi dinamik şəkildə artmaqdadır. Əgər 2015-ci ildə ticarət dövriyyəsi cəmi 15 milyon ABŞ dolları təşkil edirdisə, artıq 2025-ci ildə bu rəqəm 100 milyon dollara yaxınlaşmışdır".