OYU- da Elmi-Metodiki Şuranın iclası keçirilib - FOTOLAR

17 Fevral, 2026

OYU- da Elmi-Metodiki Şuranın iclası keçirilib - FOTOLAR

Bu gün Odlar Yurdu Universitetində Elmi-Metodiki Şuranın yanvar ayı üzrə növbəti iclası keçirilib. İclasda universitetin akademik və elmi fəaliyyətinin keyfiyyətinin artırılması istiqamətində mühüm məsələlər müzakirə olunub.

Gündəlikdə duran əsas məsələlər:

AAK standartlarına uyğun elmi jurnalların hazırlanması

“Biologiya və ekologiya”, “Filologiya və humanitar fənlər”, “Xarici dillər” və “Psixologiya, pedaqogika və sosial fənlər” kafedralarında Azərbaycan Respublikasının AAK (Ali Attestasiya Komissiyası) standartlarına uyğun elmi jurnalların hazırlanması prosesi müzakirə edilib. Mövzu ilə bağlı elmi işlər və keyfiyyət təminatı üzrə prorektor və kafedra müdirləri çıxış edərək təklif və tövsiyələrini səsləndiriblər.

 

Təhsil proqramının illik özünütəhlil və monitorinq hesabatı

Təhsil proqramlarının illik özünütəhlil hesabatları və təlim nəticələrinin monitorinqi barədə geniş təqdimat edilib. Keyfiyyət təminatı və akkreditasiya işləri departamentinin rəhbəri hesabatla bağlı məlumat verərək tədris prosesinin effektivliyinin artırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

 

“Biznes Strategiyası” adlı dərs vəsaitinin müzakirəsi

Cari məsələlər çərçivəsində universitetin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının müəllimləri – i.e.n., Natiq Qarayev, dos. Babək Feyzullayev, Nigar İbrahimova və Nərgiz Muradova tərəfindən hazırlanmış “Biznes Strategiyası” adlı dərs vəsaitinin müzakirəsi aparılıb. İclasda vəsaitin məzmunu, metodoloji yanaşması və tədris prosesinə inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb.

İclasın sonunda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı tapşırıqlar müəyyənləşdirilib.

Qeyd edək ki, Odlar Yurdu Universiteti elmi fəaliyyətin inkişafı, təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir akademik standartların tətbiqi istiqamətində fəaliyyətini davam etdirir.