Süni intellekt və “big data” rəqəmsal dövlət modelinə yol açır - Samir Vəliyev

18 Fevral, 2026

Süni intellekt və “big data” rəqəmsal dövlət modelinə yol açır - Samir Vəliyev

Rəqəmsal transformasiya və milli təhlükəsizlik məsələsi dövlətimiz üçün əsas prioritet istiqamətlərdən biridir. Bu proses bir tərəfdən iqtisadi dirçəlişə və innovasiyaların inkişafına yönəlibsə, digər tərəfdən müəyyən riskləri də özü ilə gətirir. Bu risklər əsasən sosial və kibertəhlükəsizlik sahələrində özünü göstərir.

Bu sözləri OYU-da İdarəetmə Şurasının sədri, Millət vəkili, hüquq elmləri doktoru, professor Samir Vəliyev bildirib. Onun sözlərinə görə, Azərbaycan bu məsələyə fundamental və ciddi yanaşma nümayiş etdirir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strategiya yaranan imkanlardan düzgün və səmərəli istifadə olunmasını, eyni zamanda qarşıya çıxan risklərin vaxtında və effektiv şəkildə aradan qaldırılmasını hədəfləyir:

"Ölkə Prezidentinin rəqəmsal inkişaf və süni intellektlə bağlı səsləndirdiyi fikirlər gələcəkdə vahid texnoloji ekosistemin formalaşmasına və nəticə etibarilə rəqəmsal dövlət modelinin yaradılmasına gətirib çıxaracaq. Dövlət başçısı “big data” (böyük verilənlər) və müasir texnologiyaların inkişafı ilə bağlı əhəmiyyətli məqamları vurğulayıb, eyni zamanda kibertəhlükəsizliyin yaratdığı risklərə qarşı hansı addımların atılmalı olduğunu da diqqətə çatdırıb.
Bu gün həmin risklərin qarşısının alınması üçün milli kibertəhlükəsizlik strategiyasının hazırlanması, eləcə də normativ-hüquqi sənədlərdə və qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi zəruridir".

Millət vəkili həmçinin bildirib ki, rəqəmsal transformasiya və milli təhlükəsizlik məsələsi dövlətimiz üçün əsas prioritet istiqamətlərdən biridir. Bu proses bir tərəfdən iqtisadi dirçəlişə və innovasiyaların inkişafına təkan verir, digər tərəfdən isə müəyyən risklər yaradır. Bu risklər əsasən sosial təhlükəsizlik və kibertəhlükəsizlik sahələrində özünü göstərir.