Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının elmi-metodiki seminarı keçirilib

14 Oktyabr, 2022

Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının elmi-metodiki seminarı keçirilib

14 oktyabr 2022-ci il tarixində Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının professoru Rüstəm Kamalın “M.P.Vaqifin poetikası” mövzusuna həsr olunmuş elmi-metodiki seminarı keçirilmişdir. Seminarda kafedranın müdir müavini dos. Osman Musayev və kafedranın professor-müəllim heyəti iştirak etmişdir. Sonda  mövzu ilə R. Kamal mövzu ilə bağlı müzakirələr aparılmış, suallar cavablandırılmışdır. OYU-nun  Keyfiyyətin təminatı və qiymətləndirmə departamentinin rəhbəri Eldar Hüseynov da iştirak etmiş, seminar haqqında rəyini bildirmişdir.