“İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik” kafedrasında növbəti iclas keçirilmişdir. İclası kafedranın müdiri, akademik Əli Abbasov açaraq gündəlikdə duran əsas məsələləri diqqətə çatdırmışdır.
İclas çərçivəsində aşağıdakı məsələlər müzakirə olunmuşdur:
Birinci məsələ ilə bağlı qərara əsasən, kafedranın müəllimi Rəfizadə Ülvi Rauf oğlu müdir müavini vəzifəsinə təyin olunmuşdur. O, informasiya texnologiyaları sahəsində peşəkar fəaliyyət göstərərək, həmçinin Odlar Yurdu Universitetinin İT Akademiyada “software developer” üzrə mütəxəssis kimi çalışmışdır. Hazırda isə o, “İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik” kafedrasında müdir müavini vəzifəsini icra edir.
İclas zamanı aralıq imtahanlarının təşkili və nəticələri ətraflı müzakirə olunmuş, tədris prosesinin keyfiyyətinin artırılması istiqamətində müvafiq tövsiyələr verilmişdir. Eyni zamanda, may ayında keçiriləcək açıq dərslər və elmi seminarların təşkili ilə bağlı hazırlıq vəziyyəti dəyərləndirilmişdir.
Sonda kafedra müdiri qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə icra olunmasının vacibliyini vurğulamış, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27