“Şəxsi Brendini Qur: Özünü Tanı və Təqdim Et” təlimi Odlar Yurdu Universitetində keçirildi

01 May, 2026

56
“Şəxsi Brendini Qur: Özünü Tanı və Təqdim Et” təlimi Odlar Yurdu Universitetində keçirildi

Bu gün Odlar Yurdu Universiteti-ndə tələbələrin şəxsi inkişafına yönəlmiş növbəti maarifləndirici tədbir uğurla həyata keçirildi. AIESEC təşkilatının təşəbbüsü ilə keçirilən “Şəxsi Brendini Qur: Özünü Tanı və Təqdim Et” adlı təlim universitetin konfrans zalında baş tutdu.

Tədbir Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə reallaşdırıldı və müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə yadda qaldı. Təlimdə tələbələr mövzu ətrafında bilik və təcrübələrini artırmaq imkanı əldə etdilər.

Təlim çərçivəsində iştirakçılara şəxsi brendin formalaşdırılması, özünü düzgün təqdim etmə bacarıqları, karyera inkişafında effektiv kommunikasiya və fərdi imicin qurulması kimi vacib mövzular haqqında ətraflı məlumat verildi. İnteraktiv müzakirələr və praktiki nümunələr tədbirin daha səmərəli keçməsinə şərait yaratdı.

 

 

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27