Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən “Dizayn Həftəsi”nin rəsmi açılış mərasimi baş tutub. Tədbirdə Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, professor Samir Vəliyev iştirak edib.
Eyni zamanda tədbirdə Odlar Yurdu Universitetini Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektor, professor Elşad Məmmədov və Strateji inkişaf və karyera departamentinin rəhbəri Aslan Əzimzadə də təmsil ediblər. Tədbirdə dizayn sahəsində innovativ yanaşmalar və gənclərin potensialının dəstəklənməsi istiqamətində faydalı fikir mübadiləsi aparıldı. Professor Samir Vəliyev çıxışı zamanı bu cür platformaların tələbələrin peşəkar inkişafında mühüm rol oynadığını qeyd etdi.
Tədbir çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Odlar Yurdu Universiteti, Naxçıvan Dövlət Universiteti və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi arasında əməkdaşlıq memorandumları imzalandı. Memorandumlarda birgə layihələrin həyata keçirilməsi, elmi və yaradıcı əməkdaşlığın genişləndirilməsi, seminar və təlimlərin təşkili, eləcə də tələbələrin peşəkar bacarıqlarının inkişaf etdirilməsini nəzərdə tutulur.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27