Odlar Yurdu Universitetinin tələbəsi beynəlxalq hakathonda uğur qazanıb

30 Aprel, 2026

55
Odlar Yurdu Universitetinin tələbəsi beynəlxalq hakathonda uğur qazanıb

Odlar Yurdu Universitetinin tələbəsi Şıxı İbrahimov “AZCON Future Tech: Transport, Telecom & AI Challenge” adlı hakathonda uğurlu nəticə əldə edib.

AZCON Holding-in dəstəyi və Holberton School Azerbaijan-ın təşkilatçılığı ilə keçirilən hakathon çərçivəsində iştirakçılar nəqliyyat sistemləri, telekommunikasiya və süni intellekt sahələrinin kəsişməsində real sənaye problemlərinə innovativ həllər hazırlayıblar. 25–26 aprel tarixlərində baş tutan intensiv yarışmanın yekununda, 27 aprel tarixində keçirilən Pitch Day-də ən yaxşı layihələr təqdim olunub. Universitetin İnformasiya texnologiyaları ixtisası (750 İİTS) üzrə I kurs tələbəsi Şıxı İbrahimov komandası ilə birlikdə hazırladığı layihə ilə müsabiqədə III yerə layiq görülüb. Komanda həmçinin 800 AZN məbləğində pul mükafatı qazanıb.

İlk kurs tələbəsinin belə bir uğur əldə etməsi onun fərdi potensialının və inkişaf üçün yaradılmış mühitin göstəricisi kimi dəyərləndirilir. Odlar Yurdu Universiteti tələbələrinin bu kimi nüfuzlu platformalarda iştirakını və uğur qazanmasını yüksək qiymətləndirir və onların gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər əldə edəcəklərinə inanır.

Universitet rəhbərliyi Şıxı İbrahimovu təbrik edir və ona növbəti uğurlar arzulayır.

 

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27