Odlar Yurdu Universitetinin tələbələri intellektual yarışda III yerin qalibi oldular

13 May, 2025

Odlar Yurdu Universitetinin tələbələri intellektual yarışda III yerin qalibi oldular
Ulu Öndər Heydər Əliyevin 102-ci doğum günü münasibətilə UNEC-də “Zəka və Liderlik: Heydər Əliyevin Yolunda” adlı universitetlərarası intellektual yarış təşkil olunmuşdur.
Bu mötəbər yarışda Odlar Yurdu Universitetini Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Heydərçilər” komandası təmsil etmişdir. Yarış zamanı iştirakçılara ümumilikdə 44 sual təqdim olunmuş, tələbələr yüksək fəallıq göstərmiş və proses tam şəffaf şəkildə həyata keçirilmişdir.
Odlar Yurdu Universitetinin “Heydərçilər” komandası biliyi, hazırlığı və komanda ruhu ilə seçilərək yarışın sonunda III yerə layiq görülmüşdür. Bu nailiyyət Odlar Yurdu Universitetinin tələbələrinin intellektual potensialının və Heydər Əliyev ideyalarına sədaqətinin parlaq təzahürüdür.
Qələbə qazanan tələbələrimizi səmimi-qəlbdən təbrik edir, Odlar Yurdu Universitetinin adını daim uca tutmalarını və gələcək uğurlarının davamlı olmasını arzulayırıq.