OYU-da Biologiya və ekologiya ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin müdafiəsi keçirilmişdir

13 May, 2025

OYU-da Biologiya və ekologiya ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin müdafiəsi keçirilmişdir
Odlar Yurdu Universitetinin Təbiət və texnologiya fakültəsinin Biologiya və ekologiya ixtisaslarında təhsil alan IV kurs tələbələri istehsalat təcrübəsini uğurla başa vurmuş və bununla bağlı yekun müdafiədə çıxış etmişlər.
Müdafiə zamanı tələbələr istehsalat təcrübəsi dövründə əldə etdikləri praktiki bilik və vərdişləri əhatə edən təqdimatlarla çıxış etmiş, müxtəlif elmi-tədqiqat müəssisələrində, ekoloji monitorinq laboratoriyalarında və müvafiq sahə təşkilatlarında apardıqları müşahidə və təhlilləri nümayiş etdirmişlər. Təcrübə prosesi ərzində tələbələr nəzəri biliklərini real iş mühiti ilə uzlaşdırmaq imkanı qazanmış, peşəkar fəaliyyətə daha hazırlıqlı olduqlarını nümayiş etdirmişlər.
Odlar Yurdu Universitetinin professor-müəllim heyətindən ibarət qiymətləndirmə komissiyası tələbələrin çıxışlarını yüksək qiymətləndirmiş, onların təcrübə müddətində göstərdikləri fəallığı və elmi yanaşmalarını məmnuniyyətlə qeyd etmişdir. Bildirilmişdir ki, Odlar Yurdu Universitetində praktik yönümlü təhsilə xüsusi əhəmiyyət verilir və bu kimi fəaliyyətlər gələcək mütəxəssislərin formalaşmasında mühüm rol oynayır.
Sonda çıxış edənlər tələbələrə uğurlar arzulanmış, onların əldə etdikləri nəticələrin Odlar Yurdu Universitetinin tədris strategiyasının uğurlu nəticəsi olduğunu vurğulamışlar.
Qeyd etmək lazımdır ki, nəzəri dərsləri və istehsalat təcrübəsini müvəffəqiyyətlə başa vurmuş tələbələr diplomqabağı təcrübə mərhələsinə başlamaq üzrədirlər.