OYU-da “Psixo-bio-texniki sistemlər” mövzusunda elmi-metodiki seminar keçirilmişdir

21 May, 2025

OYU-da “Psixo-bio-texniki sistemlər” mövzusunda elmi-metodiki seminar keçirilmişdir
Odlar Yurdu Universitetində “Riyaziyyat və rəqəmsal texnologiyalar” kafedrasının müəllimi Dmitriy Borisoviç Qaxın təqdimatında elmi-metodiki seminar təşkil olunmuşdur. Seminarın mövzusu “Psixo-bio-texniki sistemlər” olmuşdur.
Seminarda insanın və süni intellektin inkişaf dinamikası, motivasiya modelləri, həmçinin bu sahədə aparılmış multidissiplinar yanaşmalar ətrafında geniş müzakirələr aparılmışdır. Məruzəçi öz çıxışında psixoloji, bioloji və texniki amillərin qarşılıqlı əlaqəsini araşdıran 5 illik elmi-tədqiqat layihəsinin nəticələrini təqdim etmişdir.
Seminarın əsas məqsədi inkişaf modelləri üzrə aparılmış araşdırmalarla iştirakçıları tanış etmək və bu istiqamətdə gələcək elmi işlər üçün tətbiq imkanlarını nümayiş etdirmək olmuşdur. Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanmış və müzakirələr şəraitində keçmişdir.
Odlar Yurdu Universiteti elmi potensialın gücləndirilməsi, müasir elmi yanaşmaların tətbiqi və innovativ araşdırmaların təşviqi istiqamətində fəaliyyətini davam etdirməkdədir.