Odlar Yurdu Universitetinin tələbələri peşəkar təcrübə səfərində

19 May, 2025

Odlar Yurdu Universitetinin tələbələri peşəkar təcrübə səfərində
Odlar Yurdu Universitetinin Təbiət və texnologiya fakültəsinin tələbələrinin nəzəri biliklərini real mühitdə tətbiq etmələri və praktiki bacarıqlarını inkişaf etdirmələri istiqamətində növbəti uğurlu təşəbbüsə imza atmışdır. Belə ki, Biologiya ixtisası üzrə təhsil alan 846 nömrəli qrupun tələbələri kafedranın müəllimi Vəliyeva Aytən Rövşən qızının təşkilatçılığı ilə “Bayramlı Group” adına ən son texnologiyalarla təchiz olunmuş laboratoriya cihazları mərkəzinə səfər etmişlər.
Səfərin əsas məqsədi tələbələrin müasir laboratoriya avadanlıqları ilə tanış olması, praktik vərdişlər qazanması və tədrisdə əldə etdikləri nəzəri biliklərin tətbiq imkanlarını birbaşa müşahidə etmələri olmuşdur.
Odlar Yurdu Universiteti bu cür elmi-praktik təşəbbüslərlə tələbələrdə elmi marağı artırmağı və onların gələcək ixtisaslaşma istiqamətlərini formalaşdırmağı hədəfləmişdir. Təcrübə səfərinin sonunda iştirakçılar sertifikatla təltif olunmuşdur ki, bu da onların peşəkar inkişaf yolunda motivasiyaedici bir addım kimi qiymətləndirilmişdir.
Odlar Yurdu Universiteti gələcəkdə də tələbələrin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün müxtəlif sahələrdə praktiki yönümlü tədbirlərin keçirilməsini davam etdirməyi planlaşdırmışdır.