OYU rektoru, professor Əhməd Vəliyevin Qurban bayramı münasibətilə təbriki

06 İyun, 2025

OYU rektoru, professor Əhməd Vəliyevin Qurban bayramı münasibətilə təbriki
Hörmətli Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin professor-müəllim heyəti və tələbələri!
Sizi müqəddəs Qurban bayramı münasibətilə ən səmimi qəlbdən təbrik edir, dərin hörmət və ehtiramımı bildirirəm.
Bayramın mənəvi ruhuna uyğun olaraq, dini və mənəvi birliyinizin daim möhkəm olmasını diləyir, hər birinizə möhkəm cansağlığı, ailələrinizdə səadət və firavanlıq, süfrələrinizdə isə bərəkətli ruzi arzulayıram.
 
Qurban bayramınız mübarək olsun!
 
Hörmətlə,
Professor Əhməd Vəliyev
Odlar Yurdu Universitetinin rektoru