Odlar Yurdu Universitetində Tələbə Elmi Cəmiyyətinin yeni rəhbəri müəyyənləşib. Ayna Məmmədova bu qurumun sədri kimi fəaliyyətə başlayıb.
Tələbələrin elmi potensialının inkişaf etdirilməsi, tədqiqat fəaliyyətlərinin təşviqi və akademik mühitin zənginləşdirilməsi baxımından bu qurum universitetin mühüm struktur vahidlərindən biridir.
İnanırıq ki, Ayna Məmmədova bu vəzifədə tələbələrin intellektual inkişafına töhfə verəcək və elmi təşəbbüslərə yeni dinamika qazandıracaq.
Odlar Yurdu Universitetinin professor-müəllim heyəti və tələbələri adından onu təbrik edir, uğurlar arzulayırıq.