İnşallah Əhmədov Tələbə Gənclər Təşkilatının sədri kimi fəaliyyətə başlayıb

10 İyun, 2025

İnşallah Əhmədov Tələbə Gənclər Təşkilatının sədri kimi fəaliyyətə başlayıb

Odlar Yurdu Universitetində Tələbə Gənclər Təşkilatının rəhbərliyində yeni təyinat gerçəkləşib. İnşallah Əhmədov təşkilatın sədri kimi fəaliyyətə başlayıb.
TGT universitet daxilində tələbələrin ictimai fəallığının təşkili, sosial-mədəni tədbirlərin keçirilməsi və tələbə təşəbbüslərinin dəstəklənməsi baxımından mühüm rol oynayır.
İnanırıq ki, İnşallah Əhmədov bu vəzifədə gənclərin birliyinə, fəallığına və yaradıcı təşəbbüslərinə güclü dəstək verəcək.
Odlar Yurdu Universitetinin professor-müəllim heyəti və tələbələri adından onu təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.