Odlar Yurdu Universitetinin “Karyera və məzunlarla İş (ALUMNI)” departamentinin rəhbəri Aslan Əzimzadə “Universitetlər və işəgötürənlərin I beynəlxalq forumu”nda fəal iştirak etmişdir. “Auditoriyadan iş dünyasına: Təhsil, təcrübə və karyera” mövzusunda keçirilən bu nüfuzlu tədbir ali təhsil müəssisələri ilə əmək bazarının nümayəndələri arasında daha səmərəli əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunmuşdur.
Forum çərçivəsində Odlar Yurdu Universitetini təmsil edən Aslan Əzimzadə gənclərin əmək bazarına inteqrasiyası, universitetdə karyera planlaşdırma xidmətlərinin təkmilləşdirilməsi və təcrübə proqramlarının effektiv təşkili ilə bağlı öz təcrübəsini bölüşmüş, iştirakçılarla fikir mübadiləsi aparmışdır. O, çıxışında ali təhsilin əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması zərurətini xüsusi vurğulamışdır.
Belə platformalar təhsil və biznes sektorları arasında körpü rolunu oynayaraq, gənclərin karyera inkişafına yönəlmiş praktik həllərin tətbiqinə zəmin yaradır. Beynəlxalq səviyyədə təşkil olunan bu cür tədbirlər təhsil və iş dünyası arasında əməkdaşlığın dərinləşməsinə və işgüzar münasibətlərin genişlənməsinə əhəmiyyətli töhfə verir.