Sizi Odlar Yurdu Universiteti və İKSAD Azərbaycanın birgə təşkilatçılığı ilə 23–25 iyul 2025-ci il tarixlərində keçiriləcək “Qarabağ IV Beynəlxalq Elmi Tədqiqatlar Konfransı” barədə məlumatlandırmaqdan məmnunluq duyuruq.
Konfrans canlı və onlayn formatda təşkil ediləcəkdir. Canlı təqdimatlar 23 iyul 2025-ci il tarixində Qarabağın Xankəndi şəhərində yerləşən “XAN” otelində baş tutacaqdır. Bu mötəbər elmi tədbir, Qarabağın bərpa olunan elmi və mədəni mühitində bilik və təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayacaq.
Mühüm tarixlər:
Tezisin (özətin) göndərilməsi üçün son tarix: 13 iyul 2025
Təqdimatların keçirilmə tarixi: 23 iyul 2025
Ekskursiya tarixi: 24 iyul 2025
Ətraflı məlumat və qeydiyyat üçün rəsmi veb səhifəyə daxil olun:
www.karabaghconference.com/basvuru
Tezislərin göndərilməsi: [email protected] ünvanına
Canlı iştirak üçün yer: Qarabağ, Xankəndi şəhəri — “XAN” oteli
Tədbir iştirakçıları üçün 23 iyul 2025-ci il tarixində Bakıdan Xankəndiyə xüsusi avtobus turu təşkil olunacaq. Həmçinin iştirakçılar üçün oteldə qalmaq imkanı yaradılmışdır. Yerlər məhdud saydadır, erkən müraciət tövsiyə olunur.
Gediş və dönüş cədvəli:
Gediş: 23 iyul 2025, saat 04:30 (Gənclik metrosu, Caspian Shopping mərkəzinin qarşısı)
Dönüş: 24 iyul 2025, saat 22:30–23:00
Yolda qoşulma məntəqələri:
20 Yanvar m/st, Şamaxinka, Biləcəri dairəsi, Avtovağzal, Lökbatan qovşağı, Sahil şəhəri, Kürdəmir, Ucar, Yevlax, Bərdə
Əlaqə və otel rezervasiyası üçün WhatsApp nömrəsi: +994 77 331 98 24
Ekskursiya proqramı – 24 iyul 2025
Konfrans çərçivəsində təşkil olunacaq ekskursiyada iştirakçılar Qarabağın tarixi və mədəniyyət abidələrini ziyarət edəcəklər:
Ziyarət ediləcək məkanlar:
Xankəndi şəhər turu
Xocalı (yeni şəhər)
Əsgəran qalası
Ağdam məscidi
Yuxarı Gövhər Ağa məscidi
Molla Pənah Vaqifin türbəsi
Şuşa qalası
Cıdır düzü
İsa bulağı
Güllələnmiş büstlər
Tura daxildir:
Avtobus xidməti
Portal qeydiyyatı
Ekskursiyalar
Səhər yeməyi
Axşam dönüşdə çay süfrəsi
Tur bələdçisi
QEYD: Həm Azərbaycan vətəndaşları, həm də xarici ölkə vətəndaşları konfransda iştirak edə bilərlər.
Elmi araşdırmalarınızı Qarabağ torpaqlarında təqdim etmək, bu tarixi coğrafiyanın zəngin irsi ilə tanış olmaq və beynəlxalq alimlərlə fikir mübadiləsi aparmaq üçün bu fürsəti qaçırmayın!
Əlaqə:
+994 77 331 98 24
Elmlə Qarabağa yol alın!