Odlar Yurdu Universitetinin magistratura səviyyəsinə qəbul olmuş və tələbə adını qazanmış bütün gəncləri səmimi-qəlbdən təbrik edirik!
Diqqət! Diqqət!
Odlar Yurdu Universitetinin magistratura səviyyəsinə qəbul olunmuş bakalavrların nəzərinə!
2025–2026-cı tədris ili üzrə Odlar Yurdu Universitetinin magistratura səviyyəsinə qəbul olunmuş bakalavrların elektron qeydiyyatı 24 iyul 2025-ci il tarixində başlayır və 01 avqust 2025-ci il tarixində başa çatır.
01 avqust 2025-ci il tarixinədək onlayn qeydiyyatdan keçməyən şəxslər ali təhsil müəssisəsinə qəbul olunmaqdan imtina etmiş hesab ediləcəklər.
Qeydiyyat üçün aşağıdakı addımları izləyin:
https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək şəxsi kabinetə daxil olun.
Təqdim edilən xidmətlər bölməsindən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsialanların qeydiyyatı” xidmətini seçin.
İlk dəfə qeydiyyatdan keçənlər üçün təlimat:
https://edu.gov.az/uploads/news/07/telimat.pdf
Portala PDF formatında yüklənməsi tələb olunan sənədlər:
* Bakalavr diplomu və diplom əlavəsi
* 2025-ci ilin məzunları üçün ali məktəbi bitirmələri haqqında arayış
* Təhsil haqqının ödəniş qəbzi
* Təhsil haqqı ödənişindən azad olunan şəxslər isə müvafiq sənədlərin əslini və notarial təsdiqli surətlərini, rektorun adına ərizəni qeydiyyat müddətində şəxsən universitetə təqdim etməlidirlər.
Təhsil haqqı barəsində məlumat:
Təhsil haqqı ödənişini həyata keçirmək üçün ilk növbədə portalda müraciət “ödəniş edilməlidir” statusu almalıdır. Bu status olduqdan sonra ödəniş mümkündür.
Ödənişi Azərbaycan Beynəlxalq Bankı və "Emanat" terminalları vasitəsilə həyata keçirə bilərsiniz.
Tələbə Təhsil Krediti Fondundan (TTKF) istifadə etmək istəyənlər qeydiyyat zamanı bu barədə işarələmə etməli və universiteti məlumatlandırmalıdırlar.
Təhsil haqqından azad olunan və ya güzəşt hüququ olan tələbələr portala daxil olduqda müvafiq kateqoriyanı seçməli və tələb olunan sənədləri sistemə yükləməlidirlər.
Tələbə Təhsil Krediti (TTK) haqqında əlavə məlumat:
Təlimat: https://e-ttkf.edu.az/Content/Documents/InstructionFile.pdf
Ən çox verilən suallar: https://e-ttkf.edu.az/Content/Documents/FAQ.pdf
Abituriyent Məsləhət Mərkəzimiz:
Dövlət İmtahan Mərkəzinin qərarı ilə Odlar Yurdu Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzi xüsusi treninq keçmiş əməkdaşlar tərəfindən bakalavrlara aşağıdakı mövzularda ödənişsiz dəstək göstərir:
Sualı olan bakalavrlar Odlar Yurdu Universitetində yerləşən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər.
Odlar Yurdu Universiteti
İş vaxtı: Həftə içi, saat 10:00–17:00
Ünvan: Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi 13, AZ1072
(OYU-nun inzibati binası, otaq №204)
Əlaqə: +99455 465-85-27