Diqqət! Diqqət!
Əziz abituriyentlər!
Bakalavriat səviyyəsinə ixtisas seçimi 2025-ci il avqustun 11-dən 19-dək aparılacaq.
Bu mərhələ son dərəcə vacib və məsuliyyətli bir prosesdir. Çünki abituriyentlər yalnız düzgün və vaxtında etdikləri seçim əsasında Odlar Yurdu Universitetinin bakalavriat pilləsində təhsil almaq hüququ əldə edə bilərlər.
Abituriyentlər Odlar Yurdu Universitetində təklif olunan ixtisaslar üzrə seçimlərini Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalı vasitəsilə onlayn şəkildə həyata keçirməlidirlər. Seçim zamanı ixtisas kodlarının və prioritetlərin düzgün müəyyənləşdirilməsi gələcək təhsil imkanlarını birbaşa müəyyən edir.
Bu əhəmiyyətli mərhələdə abituriyentlərə dəstək göstərmək məqsədilə Odlar Yurdu Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzi, Dövlət İmtahan Mərkəzinin qərarına əsasən, aşağıdakı istiqamətlər üzrə tamamilə ödənişsiz xidmətlər təqdim edir:
- Kodlaşdırma və ixtisas kodlarının düzgün qeyd olunması
- Tələbə qəbulu qaydaları ilə bağlı peşəkar məsləhət
- Elektron ərizənin düzgün doldurulması və təsdiqi
- Ərizə zamanı yarana biləcək texniki problemlərin operativ həlli
- Müsabiqə şərtləri, düzgün ixtisas seçimi və prioritetlərin müəyyənləşdirilməsi üzrə məlumatlandırma
- Ünvan: Odlar Yurdu Universiteti, Abituriyent Məsləhət Mərkəzi
- Əlaqə nömrəsi: +994 55 465 85 27
Bakalavriat səviyyəsində təhsil almaq istəyən bütün abituriyentləri Odlar Yurdu Universitetinin təqdim etdiyi bu peşəkar və ödənişsiz dəstək imkanından yararlanmağa dəvət edirik.
Əlavə məlumat üçün Odlar Yurdu Universitetinin Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərsiniz.