Odlar Yurdu Kolleci 2025/2026-cı tədris ili üzrə subbakalavriat səviyyəsində təqdim olunan ixtisasları diqqətinizə çatdırır!

28 Avqust, 2025

Odlar Yurdu Kolleci 2025/2026-cı tədris ili üzrə subbakalavriat səviyyəsində təqdim olunan ixtisasları diqqətinizə çatdırır!

Peşəkar biliklər, praktiki bacarıqlar və müasir tədris mühiti – bunların hamısı sizi Odlar Yurdu Kollecində gözləyir!

 

Kollecdə aşağıdakı ixtisaslar üzrə təhsil almaq mümkündür:

- Dizayn (interyer, qrafik, modelyer)

- Bank işi

- Bələdiyyə işi

- Maliyyə işi

- Marketinq (sahələr üzrə)

- Mühasibat uçotu

- Vergi işi

- Kompüter sistemlərinin təmiri və servisi

- Kompüter şəbəkəsi avadanlıqlarının təmiri və servisi

- Sosial iş

- Turizm işinin təşkili

 

Qəbul və ixtisas seçimi:

Odlar Yurdu Kollecinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi 28 avqust – 2 sentyabr (23:59-a qədər) aparılır.

* İxtisas seçmək hüququ olan abituriyentlər Odlar Yurdu Kollecinin ixtisas kodlarını seçərək onları istədikləri ardıcıllıqla eservices.dim.gov.az/erizebak/ixtisas2

 ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiqləməlidirlər.

Ətraflı: https://shorturl.at/sjcll

Gələcəyini düzgün istiqamətləndirmək istəyənlər üçün ən doğru seçim — Odlar Yurdu Kolleci!

Əlaqə: (+994 55) 465 87 27