Odlar Yurdu Universitetinin bakalavriat səviyyəsinə qəbul olmuş və tələbə adını qazanmaqla həyatlarının ən mühüm mərhələsinə qədəm qoyan bütün gəncləri, eləcə də onların əziz valideynlərini səmimi-qəlbdən təbrik edirik!
Diqqət! Diqqət!
Odlar Yurdu Universitetinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlərin nəzərinə!
2025–2026-cı tədris ili üzrə Odlar Yurdu Universitetinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlərin elektron qeydiyyatı 28 avqust 2025-ci il tarixindən başlanacaq və 08 sentyabr 2025-ci il saat 18:00-da yekunlaşacaq.
08 sentyabr 2025-ci il tarixinədək onlayn qeydiyyatını tamamlamayan şəxslər ali təhsil müəssisəsinə qəbul olunmaqdan imtina etmiş hesab ediləcəklər.
Qeydiyyat üçün aşağıdakı addımları izləyin:
https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək şəxsi kabinetə daxil olun.
Təqdim edilən xidmətlər bölməsindən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsialanların qeydiyyatı” xidmətini seçin.
İlk dəfə qeydiyyatdan keçənlər üçün təlimat:
https://edu.gov.az/uploads/news/07/telimat.pdf
Portala PDF formatında yüklənməsi tələb olunan sənədlər:
Tam orta təhsil haqqında attestat (11 illik ümumtəhsil səviyyəsi üzrə sənəd) (PDF)
və ya
Orta ixtisas təhsili haqqında subbakalavr diplomu və ona əlavə (subbakalavr səviyyəsi üzrə sənəd), diplom və əlavə təqdim olunmadıqda – müvafiq arayış (PDF)
Təhsil haqqının ödəniş qəbzi
Təhsil haqqı ödənişindən azad olunan şəxslər isə müvafiq sənədlərin əslini və notarial təsdiqli surətlərini, qeydiyyat müddətində şəxsən universitetə təqdim etməlidirlər.
Təhsil haqqı barəsində məlumat:
Təhsil haqqı ödənişini həyata keçirmək üçün ilk növbədə portalda müraciət “ödəniş edilməlidir” statusu almalıdır. Bu status olduqdan sonra ödəniş mümkündür.
Təhsil haqqı ödənişini Azərbaycan Beynəlxalq Bankı və ‘Emanat’ terminalları vasitəsilə, eləcə də universitetə yaxınlaşaraq pos-terminal vasitəsilə həyata keçirə bilərsiniz.
Tələbə Təhsil Krediti Fondundan (TTKF) istifadə etmək istəyənlər qeydiyyat zamanı bu barədə işarələmə etməli və universiteti məlumatlandırmalıdırlar.
Təhsil haqqından azad olunan və ya güzəşt hüququ olan tələbələr portala daxil olduqda müvafiq kateqoriyanı seçməli və tələb olunan sənədləri sistemə yükləməlidirlər.
Tələbə Təhsil Krediti (TTK) haqqında əlavə məlumat:
Təlimat: https://e-ttkf.edu.az/Content/Documents/InstructionFile.pdf
Ən çox verilən suallar: https://e-ttkf.edu.az/Content/Documents/FAQ.pdf
Qeydiyyat prosesində sizin yanınızdayıq!
Dövlət İmtahan Mərkəzinin qərarı ilə Odlar Yurdu Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzi qeydiyyat zamanı sizin ən yaxın dəstəkçinizdir.
Burada xüsusi treninq keçmiş əməkdaşlarımız sizə tam ödənişsiz kömək göstərəcək və bütün suallarınızı cavablandıracaqlar.
Sualları olan abituriyentlər və onların valideynləri Odlar Yurdu Universitetində yerləşən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər.
İş vaxtı: Həftə içi, saat 10:00–17:00
Ünvan: Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi 13, AZ1072
(OYU-nun inzibati binası, otaq №204)
Əlaqə: +99455 465-85-27