Odlar Yurdu Kollecinə qəbul olmuş abituriyentlərin nəzərinə!

09 Sentyabr, 2025

Odlar Yurdu Kollecinə qəbul olmuş abituriyentlərin nəzərinə!

Əziz abituriyentlər!

Sizi Odlar Yurdu Kollecinə qəbulunuz münasibətilə ürəkdən təbrik edirik!

Diqqət!
Abituriyentlərdən öncəliklə portal.edu.az saytında qeydiyyatdan keçmək tələb olunur (heç bir sənəd yükləmədən).

Qeydiyyatın ilk mərhələsindən sonra portalda növbəti mərhələdə təhsil haqqının ödənişi həyata keçirilməlidir. Ödənişi aşağıdakı üsullarla edə bilərsiniz:

  1. Universitetdə pos-terminal vasitəsilə (kredit və ya debet kartı ilə).
    Qəbz portalda "Digər" bölməsi seçilərək yüklənir.

  2. eManat terminalları vasitəsilə.
    Qəbz portalda "Digər" bölməsi seçilərək yüklənir.

  3. Portal üzərindən onlayn ödəniş (bank kartı ilə).
    Ödəniş sistemə avtomatik yüklənir.

  4. ABB bank filialları vasitəsilə.
    Ödəniş sistemə avtomatik yüklənir.

Əgər portal.edu.az saytında sizə bu bildiriş görünürsə:

“Müraciətiniz müəssisə tərəfindən qəbul edildi. Təhsil həyatınızda sizə uğurlar arzulayırıq.”

Bu o deməkdir ki, siz artıq Odlar Yurdu Kollecində qeydiyyatınızı uğurla tamamlamısınız!

Qeyd: Qeydiyyat yalnız təhsil haqqı ödənildikdən sonra tamamlanır.

Qeydiyyat 17 sentyabr 2025-ci il, saat 18:00-da yekunlaşacaq.
Bu vaxta qədər qeydiyyatını tamamlamayan abituriyentlərin tələbə statusu ləğv ediləcək.

Kollecimizə təqdim olunacaq sənədlər barədə məlumat sizə dərslər başladıqdan sonra veriləcək və həmin vaxt tələb olunacaq. İndidən sənədləri gətirməyiniz tələb olunmur və sağlamlıq arayışı ümumiyyətlə tələb olunmur.

Əlaqə: 055 465 85 27
Ünvan: Koroğlu Rəhimov 13, Odlar Yurdu Universitetinin binası (Gənclik metrosunun yaxınlığında)