2024/2025-ci tədris ili çərçivəsində Odlar Yurdu Universitetində nəzərdə tutulmuş istehsalat və pedaqoji təcrübə mərhələləri uğurla yekunlaşıb. Müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr bu müddət ərzində nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirmək imkanı əldə ediblər.
Təcrübə proqramları tələbələrin gələcək peşə fəaliyyətinə hazırlanması, əmək bazarının çağırışlarına uyğun bacarıqların formalaşdırılması və real iş mühitinə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir.
Təcrübə dövründə tələbələr peşəkar mühitdə çalışaraq ixtisaslı mütəxəssislərlə əməkdaşlıq etmiş, əldə etdikləri bilik və bacarıqları praktikada tətbiq etmişlər. Bu proses onların məsuliyyət, komanda işi və peşəkar ünsiyyət kimi keyfiyyətlərini də inkişaf etdirməyə şərait yaradıb.
Təcrübə proqramı aşağıdakı ixtisaslar üzrə həyata keçirilib:
Filologiya (Azərbaycan dili və ədəbiyyatı), Psixologiya, Beynəlxalq münasibətlər, İnformasiya texnologiyaları, Xarici dil müəllimliyi (ingilis dili üzrə), Təhsildə sosial-psixoloji xidmət, İqtisadiyyat, Kompüter mühəndisliyi, Mühasibat, Maliyyə, Tərcümə (ingilis dili üzrə), Məktəbəqədər təhsil, Biznesin idarəedilməsi, Dövlət və bələdiyyə idarəetməsi, Marketinq, Menecment və Sosial iş.
Odlar Yurdu Universiteti tələbələrin əmək bazarına daha hazırlıqlı şəkildə çıxışını təmin etmək üçün praktiki biliklərin artırılmasına xüsusi önəm verir. Universitet gələcəkdə də müxtəlif müəssisələrlə əməkdaşlıq çərçivəsində təcrübə imkanlarını genişləndirməyi qarşıya məqsəd qoyur.