Akademik informasiya bazası “ProQuest Central”, EATDA ilə Clarivate şirkəti arasında imzalanmış müqavilə əsasında OYU-nun istifadəsinə təqdim edilmişdir

06 Oktyabr, 2025

Akademik informasiya bazası “ProQuest Central”, EATDA ilə Clarivate şirkəti arasında imzalanmış müqavilə əsasında OYU-nun istifadəsinə təqdim edilmişdir

Tam mətnli akademik informasiya bazası “ProQuest Central”, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) ilə Clarivate şirkəti arasında imzalanmış müqavilə əsasında 123 ali təhsil müəssisəsinin istifadəsinə təqdim edilmişdir.

100-dən artıq mövzunu əhatə edən 47 kolleksiyadan ibarət multidissiplinar akademik informasiya bazası “ProQuest Central”, dünyanın aparıcı nəşriyyatları olan Springer, Sage, Cambridge Press, Elsevier, Emerald, Springer Nature və digər nüfuzlu elmi nəşriyyatların resurslarını özündə birləşdirir. Bazada təqdim edilən materialların sayı aşağıdakı kimidir:

43 000 jurnal

2,5 milyon konfrans materialı

380 000 dissertasiya

“ProQuest Central” bazasından istifadə etmək üçün aşağıdakı linkə keçid edin: https://www.proquest.com/?accountid=216349

Bazadan istifadə qaydaları və təlimlərlə tanış olmaq üçün isə bu linkdən yararlana bilərsiniz: https://proquest.libguides.com/proquestplatform