Odlar Yurdu Universitetinin Elmi-tədqiqat mərkəzində fəaliyyət göstərən dünyaca tanınmış alim, professor Abdulla Sofiyev (Avey) elm arenasında daha bir mühüm nailiyyətə imza atmışdır.
Stanford Universiteti tərəfindən aparılan hərtərəfli araşdırmanın nəticələrinə əsasən, elmi, texniki və tibbi nəşrlər üzrə ixtisaslaşmış nüfuzlu beynəlxalq nəşriyyat Elsevier tərəfindən dərc edilən “Dünyanın ən nüfuzlu alimləri” siyahısına professor Abdulla Sofiyev növbəti dəfə daxil edilmişdir.
Qeyd edək ki, professor Abdulla Sofiyev həm “Karyeraya təsir”, həm də “İllik təsir” kateqoriyalarında dünyanın ən nüfuzlu alimlərinin ilk 2 faizinə daxil olmuşdur. Bu nəticə yalnız Azərbaycanın deyil, həm də dünyanın müxtəlif universitetlərində çalışan alimlər arasında yüksək elmi göstərici hesab olunur və bütün azərbaycanlı alimlər arasında ən uğurlu nəticə kimi qiymətləndirilir.
Odlar Yurdu Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri professor Abdulla Sofiyevi bu möhtəşəm uğur münasibətilə ürəkdən təbrik edir, ona gələcək elmi fəaliyyətində yeni nailiyyətlər və uğurlar arzulayır.