Odlar Yurdu Universitetində cənab rektor, professor Əhməd Vəliyevin müvafiq göstərişinə əsasən fakültələr üzrə I kurs tələbələri ilə silsilə görüşlər təşkil edilmişdir.
Görüşlər İqtisadiyyat və idarəetmə fakültəsi, Təbiət və texnologiyalar fakültəsi və Humanitar, təhsil və dillər fakültəsinin tələbələri ilə keçirilmişdir.
Görüşlərin əsas məqsədi tələbələrin universitet mühitinə adaptasiyasını asanlaşdırmaq, onların tədris prosesinin əsas qaydaları, daxili nizam-intizam tələbləri və təhsil sisteminin strukturu ilə tanış olmalarını təmin etmək olmuşdur.
Həmçinin, tələbələrə Odlar Yurdu Universitetində tətbiq edilən müasir tədris metodları, elektron təhsil platformaları, fakültə və departamentlərin fəaliyyəti, təcrübə proqramları, tələbə təşkilatları və beynəlxalq əlaqələr haqqında ətraflı məlumat təqdim edilmişdir.
Bu görüşlər vasitəsilə tələbələrdə universitet həyatına maraq və məsuliyyət hissinin formalaşdırılması, akademik nailiyyətlərə yönəlmiş mühitin yaradılması və gələcəkdə uğurlu karyera inkişafı üçün motivasiyanın artırılması nəzərdə tutulmuşdur.
Görüşlərdə Odlar Yurdu Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbə təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Silsilə görüşlər sonda tələbələrə yeni tədris ilində uğurlar, bilik və nailiyyətlərlə dolu səmərəli təhsil arzuları ilə yekunlaşmışdır.