OYU tələbələri XI Beynəlxalq Kitab Sərgisində iştirak etmişlər

10 Oktyabr, 2025

OYU tələbələri XI Beynəlxalq Kitab Sərgisində iştirak etmişlər

Odlar Yurdu Universitetinin Humanitar təhsil və dillər fakültəsinin tələbələri, Filologiya və Humanitar fənlər kafedrasının professor-müəllim heyətinin təşkilatçılığı ilə XI Beynəlxalq Kitab Sərgisində iştirak etmişlər.
İştirakın əsas məqsədi tələbələrdə mütaliə vərdişlərinin formalaşdırılması, kitab və ədəbiyyata marağın artırılması, eləcə də müasir nəşriyyat prosesi ilə yaxından tanışlığın təmin edilməsi olmuşdur.
Sərgi müddətində tələbələr müxtəlif yerli və beynəlxalq nəşriyyat evlərinin stendlərini ziyarət etmiş, yeni nəşrlərlə tanış olmuş, kitab sənayesindəki yeniliklər və müasir ədəbi tendensiyalar barədə ətraflı məlumat əldə etmişlər.
Tələbələrin bu sərgidə iştirakı onların intellektual inkişafına, dünyagörüşünün genişlənməsinə, oxu mədəniyyətinin və analitik düşünmə bacarıqlarının formalaşmasına mühüm təsir göstərmişdir. Bu cür tədbirlər həmçinin Odlar Yurdu Universitetində nəzəri biliklərin praktik mühitlə əlaqələndirilməsi və tələbələrin yaradıcı potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.