Odlar Yurdu Universitetinin Təbiət və Texnologiyalar fakültəsinin Dizayn ixtisası tələbələrinin 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsm və rəqəmsal dizayn əsərlərindən ibarət sərgisi təşkil edilmişdir. Sərgidə nümayiş olunan işlər tələbələrin yaradıcılıq potensialını, bədii-estetik baxışını və müasir dizayn proqramlarında tətbiq bacarıqlarını nümayiş etdirir. Əsərlərdə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər və milli birliyin ideyası həm ənənəvi, həm də rəqəmsal ifadə vasitələri ilə bədii şəkildə təsvir olunmuşdur. Odlar Yurdu Universitetində keçirilən bu sərgi tələbələrdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin incəsənət və texnologiyanın sintezində təbliği, eləcə də yaradıcılıq bacarıqlarının inkişafı baxımından mühüm elmi-mədəni əhəmiyyət kəsb edir.