Odlar Yurdu Universitetinin Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektoru, i.e.d., professor Elşad Məmmədov Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü seçilmişdir.
Bu seçki professor Elşad Məmmədovun zəngin elmi və peşəkar təcrübəsinin, iqtisadiyyat sahəsindəki dərin biliklərinin və ölkəmizin iqtisadi inkişafına verdiyi töhfələrin yüksək qiymətləndirilməsi kimi qiymətləndirilmişdir.
Yeni vəzifə ona həm şəxsi, həm də universitetimiz adına strateji əhəmiyyət kəsb edən imkanlar açmışdır və gələcək fəaliyyətində yeni uğurlar üçün stimul olmuşdur.
Odlar Yurdu Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri adından hörmətli professor Elşad Məmmədovu səmimi qəlbdən təbrik edir, yeni vəzifəsində uğurlar qazanmasını və əvəzsiz nailiyyətlər əldə etməsini diləyirik.