Odlar Yurdu Universitetinin tələbələri üçün “Zəfərimizdən ötən 5 il – Azərbaycanın bölgədə yaratdığı reallıqlar” mövzusunda mühazirə REAL TV-nin aparıcı müxbir Namidə Bingöl tərəfindən təqdim olunmuşdur.
Namidə Bingöl çıxışı zamanı Azərbaycanın regionda yaratdığı yeni reallıqlar haqqında bəhs etmişdir və beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolu haqqında danışmışdır. O, eləcə də ölkəmizin siyasi, diplomatik və sosial-iqtisadi istiqamətləri haqqında tələbələrə məlumat vermişdir.
Mühazirə tələbələr tərəfindən maraqla qarşılanmışdır, suallar cavablandırılmışdır və mövzu ətrafında müzakirələr aparılmışdır. Belə mühazirələr tələbələrin analitik təfəkkürünün inkişafına, regional proseslərin dərk edilməsinə və müasir siyasi reallıqların öyrənilməsinə töhfə vermişdir.