OYU-da "FireLand Hackathon" qalibləri ilə görüş keçirilmişdir

25 Noyabr, 2025

OYU-da "FireLand Hackathon" qalibləri ilə görüş keçirilmişdir

Odlar Yurdu Universitetində "FireLand Hackathon – Innovate the Future with AI" müsabiqəsində yüksək yerləri tutmuş tələbələr ilə görüş keçirilmişdir.
Görüşdə OYU-nun İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı, professor Samir Vəliyev iştirak etmişdir. Çıxışı zamanı o, tələbələrimizi bu böyük nailiyyət münasibətilə təbrik etmiş və tələbələrin belə mötəbər müsabiqələrdə fərqlənməsindən fəxr duyduğunu bildirmişdir. Professor Samir Vəliyev vurğulamışdır ki, Odlar Yurdu Universitetində tələbələrin hərtərəfli inkişafı üçün bütün lazımi şərait yaradılmışdır və bu şəraitlərin yaradılması davam etdirilir. O əlavə etmişdir ki, universitetin əsas məqsədi gənclərin öz potensiallarını tam şəkildə reallaşdırmalarıdır. Görüşdə qeyd olunmuşdur ki, universitet tərəfindən tələbələrə həmişə dəstək olmuşdur və gələcək uğurlar üçün bu dəstək davam edəcəkdir. Bu kimi uğurların universitetin adını ucaltdığını bildirmiş və tələbələrlə qürur duyulduğunu vurğulamışdır.
Görüşün sonunda tələbələrlə xatirə şəkli çəkilmişdir.