Bu əlamətdar gün münasibətilə, universitetimizin bütün professor-müəllim heyəti və minlərlə tələbəsi adından Cənab Rektorumuzu ən səmimi və qəlbi duyğularla təbrik edirik!
Professor Əhməd Vəliyev Azərbaycan elm və təhsilinin inkişafına misilsiz töhfələr verərək, yüksək ixtisaslı kadrların hazırlanması, ən əsası isə Vətənə sədaqət və xidmətin ən gözəl nümunəsini yaratmışdır. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq ideyalarının gənc nəslə çatdırılması, gənclərin hərtərəfli və layiqli şəxsiyyət kimi formalaşması işində fədakar xidmətlər göstərmişdir.
Çox Hörmətli Professor Əhməd Müəllim, Sizin rəhbərliyinizlə Odlar Yurdu Universiteti hər zaman inkişaf edən, yeniliklərə açıq, ölkəmizin gələcəyinə işıq saçan bir elm məbədidir.
Bu xoş və əlamətdar gündə Sizə uzun ömür, tükənməz can sağlığı, firavan həyat, ailə səadəti və xoşbəxtlik arzulayırıq. Şəxsi həyatınızda və rektorluq fəaliyyətinizdə, eləcə də ictimai işlərinizdə hər zaman yeni-yeni zirvələr fəth etməyinizi diləyirik! Hər zaman gənclərə örnək olmağınızı arzu edirik!
Doğum Gününüz Mübarək Olsun!