Odlar Yurdu Universitetinin qurucusu və rektoru, hörmətli professor Əhməd Vəliyev doğum günü münasibətilə universitetin və kollecin tələbə təşkilatlarının nümayəndə heyəti tərəfindən təbrik edilmişdir.
Cənab rektorun qəbulunda olan nümayəndə heyəti Yaradıcılıq və mədəni tədbirlər departamenti, OYU-nun Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Elmi Cəmiyyəti (TEC), Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Odlar Yurdu Kollecinin Tələbə Gənclər Təşkilatını təmsil etmişlər.
Görüşdə iştirak edən OYU TGT sədri İnşallah Əhmədov və OYK TGT sədri Mədinə Zamanlı bütün tələbə kollektivi adından professor Əhməd Vəliyevə möhkəm can sağlığı, uzun ömür və səmərəli rektorluq fəaliyyətində uğurlar arzu etmişlər.
Nümayəndələr cənab rektorun Azərbaycan təhsilinə gətirdiyi yenilikləri, Vətənə sədaqət ruhunda kadrların yetişdirilməsindəki əvəzsiz xidmətlərini və gəncliyə göstərdiyi diqqəti xüsusi qeyd edərək, təşəkkürlərini bildirmişlər.
Professor Əhməd Vəliyev də öz növbəsində tələbə və kollektivin bu səmimi təbriklərinə görə minnətdarlığını ifad edərək, gəncləri daim inkişaf etməyə və ölkəmiz üçün faydalı olmağa çağırmışdır.