Odlar Yurdu Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Gənc Heydərçilər” klubunun üzvləri Ulu Öndər, müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Fəxri xiyabanda məzarını ziyarət etmişlər. Ziyarət zamanı Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilmiş, məzarı önünə gül dəstələri qoyulmuşdur.
Tədbir çərçivəsində Odlar Yurdu Universitetinin “Gənc Heydərçilər” klubunun üzvləri Heydər Əliyev ideologiyasının gənclər arasında təbliği, milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik ruhunun gücləndirilməsi və dövlətçilik ənənələrinə sadiqliyin aşılanması istiqamətində fikir mübadiləsi aparmışlar. Ziyarət Ümummilli Liderin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı tarixi xidmətlərinin gənc nəslə daha dolğun şəkildə çatdırılmasına xidmət etmişdir.