Odlar Yurdu Universitetinin Filologiya və Humanitar Fənlər kafedrasının müəllimi Rəvanə Məmmədova tərəfindən 656F (Filologiya ixtisası) üzrə təhsil alan tələbələrlə birlikdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ithaf olunmuş Anım Gününə həsr edilmiş ədəbi-bədii videoçarx ərsəyə gətirilmişdir.
Videoçarxda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun “Azərbaycan” şeiri tələbələr tərəfindən bədii qiraət olunmuşdur. Bu təqdimat vasitəsilə vətənə sevgi, milli ruh və mənəvi dəyərlər ön plana çəkilmiş, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilmişdir.