Odlar Yurdu Universitetində tələbələrimizin və professor-müəllim heyətinin rahat istirahəti, səmərəli vaxt keçirə bilməsi və kampus həyatının daha da zənginləşdirilməsi məqsədilə yeni kofeşop istifadəyə verilmişdir.
Müasir dizayna malik olan bu məkan artıq universitet ailəsinin gündəlik görüş, müzakirə və sosiallaşma nöqtələrindən birinə çevrilmişdir. Kofeşopdakı geniş oturma zonası, rahat iş mühiti və isti atmosfer tələbələrin həm dərs aralarında dincəlməsi, həm də qrup işləri üçün əlverişli şərait yaratmışdır.