Odlar Yurdu Universiteti və Türkiyənin İKSAD İnstitutunun birgə təşkilatçılığı ilə 27-30 yanvar 2026-cı il tarixlərində "MEETCON – Azərbaycan Beynəlxalq Sosial və Humanitar Elmlər Konqresi" keçiriləcəkdir.
Konqres beynəlxalq səviyyədə elmi tədqiqatların müzakirəsi və paylaşılması üçün geniş platforma yaradır. Bütün tədqiqatçıları, alimləri və mütəxəssisləri konfransda iştirak etməyə dəvət edirik.
MÜHÜM TARİXLƏR:
Son tezis göndərmə tarixi: 16 yanvar 2026
Qeydiyyat və iştirak haqqının son ödəniş tarixi: 18 yanvar 2026
Konfrans proqramının elanı: 22 yanvar 2026
Konfransın keçirilmə günləri (Əyani və Onlayn): 27–30 yanvar 2026
Tam məqalələrin son göndərilmə tarixi: 31 yanvar 2026 (saat 17:00-a qədər)
(Qeyd: Bu müddət qəti olaraq uzadılmayacaqdır).
ISBN-li konfrans kitabının nəşr tarixi: 15 fevral 2026
QEYD: Tam məqalə təqdim edilməsi məcburi deyildir. Yalnız tezis mətnlərinin təqdim edilməsi də konfransın kitabında dərc olunması üçün kifayətdir.
KONFRANSIN FORMATI VƏ DİLLƏRİ:
Format: Əyani və Onlayn (Hibrid)
Dil: Azərbaycan, İngilis, Türk, Rus
KONFRANSIN MÖVZULARI:
Konqres aşağıdakı istiqamətləri əhatə edir:
Humanitar və Sosial Elmlər: Antropologiya, Arxeologiya, Tarix, Fəlsəfə, Sosiologiya, Psixologiya, Mədəniyyətşünaslıq, Etnologiya, İlahiyyat və teologiya.
İqtisadiyyat və İdarəetmə: İqtisadi elmlər, Bankçılıq, İdarəetmə və təşkilatçılıq, Siyasi elmlər və dövlət idarəçiliyi, Beynəlxalq münasibətlər, Turizm.
Təhsil və Texnologiya: Təhsil elmləri, İbtidai təhsil, Süni intellektin təhsildə tətbiqi.
Dil və Ədəbiyyat: Filologiya, Dilçilik, Jurnalistika, Kommunikasiya/İctimaiyyətlə əlaqələr.
İncəsənət və Dizayn: Musiqişünaslıq, Rəssamlıq, Heykəltəraşlıq, Qrafika, Fotoqrafiya, Səhnə dekorasiyası, Keramika, Tekstil və Moda Dizaynı, Ənənəvi türk incəsənəti.
Səhnə Sənəti və Digərləri: Teatr, Opera, Balet, Kinematoqrafiya, Hüquq, Coğrafiya, Bədən tərbiyəsi və idman.
Email: [email protected]
ƏTRAFLI MƏLUMAT VƏ MÜRACİƏT:
Qeydiyyatdan keçmək və əlavə məlumat əldə etmək üçün rəsmi veb-sayta keçid edə bilərsiniz:
https://www.meetcon.org/meetcon-azerbaycan