OYU-da “MEETCON – Bakı Beynəlxalq Tətbiqi Elmlər Konqresi” keçiriləcəkdir

21 Dekabr, 2025

OYU-da “MEETCON – Bakı Beynəlxalq Tətbiqi Elmlər Konqresi” keçiriləcəkdir

Odlar Yurdu Universiteti və Türkiyənin İKSAD İnstitutunun birgə təşkilatçılığı ilə 27–30 Yanvar 2026-cı il tarixlərində “MEETCON – Bakı Beynəlxalq Tətbiqi Elmlər Konqresi” (MEETCON – Bakü Uluslararası Uygulamalı Bilimler Kongresi) keçiriləcəkdir.
Sizi bu mötəbər elmi tədbirdə iştirak etməyə dəvət edirik.

MÜHÜM TARİXLƏR
Son tezis göndərmə tarixi: 16 yanvar 2026
Qeydiyyat və iştirak haqqının son ödəniş tarixi: 18 yanvar 2026
Konfrans proqramının elanı: 22 yanvar 2026
Konfransın keçirilmə günləri: 27–30 yanvar 2026
Tam məqalələrin göndərilməsi üçün son tarix: 31 yanvar 2026 (Saat 17:00-a qədər)
Qeyd: Bu müddət qəti olaraq uzadılmayacaqdır.
ISBN-li konfrans kitabının nəşr tarixi: 15 fevral 2026

KONFRANS HAQQINDA MƏLUMAT
Format: Əyani və Onlayn (Hibrid)
Dil: İngilis dili, Türk dili
Nəşr: Tam məqalə təqdim edilməsi məcburi deyildir. Yalnız tezis mətnlərinin təqdim edilməsi konfrans materialları kitabında dərc olunmaq üçün kifayətdir.

ELMİ İSTİQAMƏTLƏR (MÖVZULAR)
Konfrans aşağıdakı sahələri əhatə edir:
Sosial və humanitar elmlərin bütün sahələri
Təhsil elmləri
Təbiət və riyaziyyat elmləri
Filologiya
İncəsənət
Hüquq
İlahiyyat
Memarlıq, planlaşdırma və dizayn
Mühəndislik
Səhiyyə elmləri
İdman elmləri
Kənd təsərrüfatı, meşə və su biotexnologiyaları
Email: [email protected]

ƏTRAFLI MƏLUMAT VƏ MÜRACİƏT
Qeydiyyat şərtləri, tələblər və əlavə məlumat üçün rəsmi veb-sayta keçid edə bilərsiniz:
www.meetcon.org/meetcon-baku