OYU-da “İngilis dilində tədrisin təşkili” fakültəsində payız semestrinin imtahan sessiyası davam etməkdədir

07 Yanvar, 2026

OYU-da “İngilis dilində tədrisin təşkili” fakültəsində payız semestrinin imtahan sessiyası davam etməkdədir

Odlar Yurdu Universitetində ali təhsilin dövlət standartlarına və təsdiq olunmuş akademik təqvimə uyğun olaraq 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası davam etməkdədir. Bu çərçivədə “İngilis dilində tədrisin təşkili” fakültəsində imtahanlar universitet rəhbərliyinin müvafiq qərarına əsasən yazılı formada keçirilir.
İmtahan prosesi tələbələrin semestr ərzində əldə etdikləri nəzəri və praktik biliklərin obyektiv və şəffaf meyarlar əsasında qiymətləndirilməsinə yönəlmişdir. Sessiya müddətində akademik dürüstlük prinsiplərinə riayət olunur, imtahanların nizamlı və sakit şəraitdə təşkili üçün auditoriyalarda zəruri akademik mühit formalaşdırılmış, normativ tələblərə tam uyğunluq təmin edilmişdir.
Hazırkı imtahan mərhələsi tələbələrin bilik səviyyəsinin real şəkildə müəyyənləşdirilməsinə xidmət edir. Bu proses onların gələcək təhsil və peşə fəaliyyətləri baxımından əhəmiyyətli mərhələ kimi qiymətləndirilir. Universitetdə imtahan sessiyasının ardıcıl və səmərəli təşkili əsas prioritetlərdən biri kimi müəyyən edilmişdir.