Odlar Yurdu Universitetinin Riyaziyyat, informatika və statistika kafedrasının müdiri, f.r.e.n. prof. Mübariz Vəliyevin “Funksiyanın qiymətlər oblastının tapılması” və kafedranın müdir müavini, dos. İlham Cəbrayılovun “Biometrik texnologiyanın təkamülü və onun köməyilə insanın bioloji xüsusiyyətlərinin öyrənilməsi” mövzularına həsr olunmuş elmi-metodiki seminar keçirilmişdir. Seminarda Riyaziyyat, informatika və statistika kafedrasının professor-müəllim heyəti iştirak etmişdir. Sonda hər iki mövzu ilə bağlı müzakirələr aparılmış, suallar cavablandırılmışdır. OYU-nun Keyfiyyətin təminatı və qiymətləndirmə departamentinin rəhbəri Eldar Hüseynov da seminarda iştirak etmiş və mövzular haqqında öz rəyini bildirmişdir.