Nəzərinizə çatdırırıq ki, 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarında iştirak üçün elektron ərizələrin qəbulu prosesi davam edir.
Qeydiyyat prosesinin texniki təlimatlara uyğun, operativ və düzgün şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Odlar Yurdu Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzi (Otaq № 204) tərəfindən bakalavrlara zəruri dəstək göstərilir.
Mərkəz tərəfindən ödənişsiz əsaslarla aşağıdakı xidmətlər həyata keçirilir:
"Bakalavrın elektron ərizəsi"nin rəsmiləşdirilməsi və təsdiqi;
"Şəxsi kabinet"in idarə olunması və məlumatların bərpası;
Qəbul qaydaları və müsabiqə şərtləri üzrə peşəkar konsultasiya;
Qeydiyyat zamanı yaranan texniki uyğunsuzluqların aradan qaldırılması;
İxtisas seçimi və sənəd qəbulu üzrə metodiki dəstək.
Müraciət etmək istəyənlərdən aşağıdakı qrafikə riayət etmələri xahiş olunur:
Son qeydiyyat tarixi: 26.01.2026
İş saatları: 10:00 – 17:00
Fasilə: 13:00 – 14:00
Qeyri-iş günləri: Şənbə və Bazar
Əlavə məlumat: İmtahana buraxılış vərəqəsinin əldə edilməsi 08.02.2026–14.02.2026 tarixlərini, qəbul imtahanının keçirilməsi isə 15.02.2026-cı il tarixini əhatə edir.
Hörmətli bakalavrlar!
Magistratura təhsil səviyyəsinin gələcək karyeranız üçün aça biləcəyi imkanları nəzərə alın!
Odlar Yurdu Universitetinin magistraturasında əldə edəcəyiniz keyfiyyətli təhsilin sizə qazandıra biləcəyi fürsətlərdən yararlanmağa tələsin!