OYU-da Akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

28 Aprel, 2026

71
OYU-da Akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

Odlar Yurdu Universitetində görkəmli alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ardınca akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfrans çərçivəsində alimin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib. Konfransda “Biologiya və ekologiya” kafedrasının müdiri professor Ramazan Məmmədova çıxış edərək akademik Zərifə xanım Əliyevanın Azərbaycan elminə verdiyi töhfələrin əhəmiyyətindən danışıb və bu irsin gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyini vurğulayıb.

Daha sonra tələbələrin məruzələri dinlənilib:

  • Biologiya ixtisasının 848 saylı qrup tələbəsi Nərmin Tanrıverdiyev “Zərifə xanım Əliyevanın oftalmologiyaya töhfələri” mövzusunda çıxış edərək alimin bu sahədəki mühüm elmi nailiyyətlərini diqqətə çatdırıb.
  • Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Biologiya ixtisasının 846 saylı qrup tələbəsi Həsən Qurbanlı “Zərifə xanım Əliyevanın elmi-pedaqoji fəaliyyəti və gənc kadrların yetişdirilməsində rolu” mövzusunda təqdimat edib.
  • Ekologiya ixtisasının 211 saylı qrup tələbəsi Aysun Əhmədova alimin ictimai həyatda rolundan bəhs edib.
  • Ekologiya ixtisasının 210 saylı qrup tələbəsi Fəridə Rəhimova “Zərifə xanım Əliyeva və qadının cəmiyyətdə rolu” mövzusunda çıxış edib.
  • Biologiya ixtisasının 850 saylı qrup tələbəsi Gülbəst Kərimova “Bir ömrün dastanı” adlı təqdimatı ilə iştirakçıların diqqətini çəkib.

Tədbirin bədii hissəsində universitetin əməkdaşı Səftər Ağayevin ifasında “Ana” mahnısı səsləndirilib.

Konfrans iştirakçıları akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsinin və yüksək mənəvi dəyərlərinin gələcək nəsillər üçün örnək olduğunu bir daha qeyd ediblər.

 

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27