Odlar Yurdu Universiteti elmi potensialını beynəlxalq müstəvidə nümayiş etdirməyə davam edir. Universitetin "Biologiya və ekologiya" kafedrasının əməkdaşlarının həmmüəllifi olduğu elmi tədqiqat işi nüfuzlu "World of Medicine and Biology" (Tibb və Biologiya Dünyası) jurnalında işıq üzü görüb.
Məqalə "Biologiya və ekologiya" kafedrasının dosenti Tamilla Hafiz qızı Kərimova və həmin kafedranın müəllimi Təranə Naməddin qızı Qılıcova tərəfindən ərsəyə gətirilib.
"Effect of hypothalamic preoptic nucleus electrical activity changes on gonadal hormone regulation in normal and extreme states" (Hipotalamusun preoptik nüvəsinin elektrik aktivliyinin dəyişməsinin normal və ekstremal hallarda qonadal hormon tənzimlənməsinə təsiri) mövzusunda olan məqalə aktual tibbi-bioloji problemlərin tədqiqinə həsr olunub. Alimlərimiz öz araşdırmalarında orqanizmin müxtəlif vəziyyətlərində neyro-hormonal tənzimlənmə mexanizmlərini elmi faktlarla əsaslandırıblar.
Qeyd edək ki, "World of Medicine and Biology" (ISSN 2079-8334) jurnalı tibb və biologiya elmləri sahəsində mühüm tədqiqatları dərc edən və beynəlxalq bazalarda indekslənən reytinqli elmi nəşrdir.
Bu uğur münasibətilə dosent Tamilla Kərimovanı və müəllim Təranə Qılıcovanı təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq!