18 oktyabr 2022-ci il tarixində Odlar Yurdu Universitetində “18 oktyabr-Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri, h.e.d., professor Samir Vəliyev, OYU-nun prorektorları, professor-müəllim heyəti, tələbələr və dəvət olunnan qonaqlar iştirak ediblər.
Tədbirin əvvəlində Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri, professor Samir Vəliyev “Müstəqilliyin Bərpası Günü” münasibətilə tədbir iştirakçılarını təbrik edərək, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması prosesinin tarixi əhəmiyyətindən danışıb, həmçinin dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli yoldan söz açıb. Müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan çətin olduğunu xüsusi vurğulayaraq, ümummilli lider Heydər Əliyevin və ölkə başçısı cənab İlham Əliyevin bu istiqamətdə apardığı çoxşaxəli fəaliyyətdən danışıb.
Çıxışdan sonra inşa-yazı, rəsm, divar qazeti müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi baş tutub.
Tədbirdə OYU-nun birinci kurs tələbələrinin iştirakı ilə hazırlanmış “Müstəqilliyimiz ən böyük sərvətimizdir” adlı sənədli film təqdim olunmuşdur.
Həmçinin tədbirin bədii hissəsində Odlar Yurdu Universitetinin və kollecinin tələbələri vətənpərvərliklə bağlı şeirlər səsləndirib, musiqilər ifa ediblər.